Azərbaycan cəmi 35 ildir ki, müstəqil ölkədir və müstəqilliyin ilk iki ili işğal, müharibə, humanitar fəlakətlərlə yadda qalıb.
XQ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib.
Daha sonra ölkənin sabit inkişafının təmin edilməyə başladığını söyləyən dövlətimizin başçısı deyib ki, bu, hər bir ölkənin uğurunun əsasıdır. Prezident İlham Əliyev vurğulayıb ki, siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır.

