Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Taalatbek Masadıkov bildirib ki, Ermənistan təşkilatın fəaliyyətində faktiki olaraq iştirak etmir, baxmayaraq ki, hüquqi baxımdan hələ də qurumun tamhüquqlu üzvü olaraq qalır.
Onun sözlərinə görə, Ermənistan son üç il ərzində üzvlük haqqını ödəməyib və təşkilatın işində aktiv rol almır. Masadıkov qeyd edib ki, ölkənin gələcəkdə KTMT-də iştirak edib-etməməsi ilə bağlı qərar Ermənistan rəhbərliyinin və xalqının səlahiyyətindədir.
Baş katib əlavə edib ki, üzv dövlətlər hazırda Ermənistanın təşkilatdakı statusunu və üzvlük haqlarının ödənilməməsi səbəbindən səsvermə hüququnun məhdudlaşdırılması məsələsini nəzərdən keçirirlər.
Masadıkovun sözlərinə görə, bu mövzu yaxın vaxtlarda Kazanda keçirilən KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında da geniş şəkildə müzakirə olunub və üzv ölkələr arasında fikir mübadiləsi aparılıb.

