Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ölkənin Muğan zonasında yerləşən rayonlarda arpa biçini davam edir.
XQ xəbər verir ki, İmişli, Cəlilabad və Biləsuvar rayonlarında arpa əkin sahələri 2025-ci illə müqayisədə xeyli genişləndirilib.
Məlumata əsasən, ötən il İmişli rayonunda 6 min 844 hektar, Cəlilabad rayonunda 13 min 450 hektar, Biləsuvar rayonunda isə 24 min 86 hektar sahədə arpa əkini aparılmışdı. Bu il isə həmin göstəricilər müvafiq olaraq İmişlidə 16 min 307 hektar, Cəlilabadda 10 min 446,8 hektar, Biləsuvarda isə 28 min 117 hektar təşkil edib.
Hazırda qeyd olunan rayonlarda arpa biçini kampaniyası davam etdirilir.

