Pərakəndə elektron ticarətin həcmi ilk beş ayda 11 faizdən çox yüksəlib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu ilin yanvar-may aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 116 milyon manat təşkil edib.

XQ Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 11,3 faiz çoxdur.

Hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 25,439 milyard manat olub ki, onun da 0,45 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.
 

İqtisadiyyat