Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva qeyd etdi ki, artıq Azərbaycan bu istiqamətdə regionun aparıcı dövlətlərindən birinə çevrilməyi hədəfləyir. Yol xəritəsinin təsdiqi də məhz bu istiqamətdə fəaliyyətlərin sistemli şəkildə həyata keçiriləcəyindən xəbər verir”. Bu fikirləri XQ-yə Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.
Deputat qeyd edib ki, bütün bunlarla yanaşı təbii qanunverici bazanın təkmilləşdirilməsi də vacibdir. Artıq Milli Məclisə kraudfandinqlə bağlı qanun layihəsi daxil olub, yeni qanun layihəsidir. Ümumiyyətlə rəqəmsal maliyyə resurslarının genişlənməsini özündə ehtiva edir.
İlk əvvəl onu qeyd edim ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi şübhəsiz ki, Azərbaycanda rəqəmsal inkişaf strategiyasından irəli gələn vəzifələrin uğurlu şəkildə yerinə yetirilməsi ilə bağlı konkret bir siyasətin müəyyənləşdirilməsi üçün təşkil olunmuş çox vacib bir tədbirdir. Bu gün rəqəmsal inkişaf siyasəti dövlətin prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir və şuranın da fəaliyyəti bilavasitə bu sahədə özünü büruzə verməkdə olan çağırışlara adekvat bir siyasi kursun həyata keçirilməsi ilə bağlı çox vacib vəzifələri müəyyənləşdirir və bu istiqamətdə də aidiyyəti strukturların atmalı olduqları addımların mahiyyətinə dair bir yanaşmanı müəyyənləşdirmiş olur.
Mehriban xanım Əliyevanın şuranın fəaliyyətinə, işinə sədrlik edən şəxs olaraq səsləndirdiyi fikirlər həqiqətən də, müasir dövrün çox aktual mövzularından biri kimi dəyərləndirilə bilər. Elə də, bu texnoloji yeniliklərin sürətlə inkişaf etdiyi və süni intellektin kifayət qədər çox qısa bir zaman ərzində hər dəfə də yeni bir inkişaf mərhələsinə qədəm basdığı bir şəraitdə olduqca vacibdir.
Birinci Vitse-prezidentin dilə gətirdiyi, süni intellekt artıq gələcəyin deyil, bugünün əsas inkişafı amili məsələsinə, fikrinə gəldikdə, əminliklə deyə bilərik ki, birmənalı şəkildə süni intellekt əvvəlki dövrlərin texnoloji yeniliklərindən fərqli olaraq, yəni gələcəyə hesablanmış bir proyeksiyadır. Artıq bu gün bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilməkdədir. Və burada da əgər müxtəlif istiqamətlərdə və sahələrdə inkişaf strategiyası barədə danışırıqsa, süni intellektin potensialının da məhz bu və ya digər sahədə qabarıq şəkildə özünə birüzə verdiyini görürük.
Bu baxımdan həqiqətən də süni intellekt yalnız perspektiv texnologiya deyil, iqtisadiyyatın, dövlət idarəçiliyinin müxtəlif sahələrin, yəni istənilən sahəyə diqqət yetirsək, orada inkişaf prosesinin daha sürətli şəkildə həyata keçirilməsini təmin edə biləcək çox vacib bir amil kimi dəyərləndirir. İndi bəzi hallarda bu vasitə qismində də özünü büruzə verir ki, bu da nəticə etibarilə süni intellektin çox ciddi bir strateji əhəmiyyətə malik olduğunu göstərir.
Bu gün bir çox dövlətlər, xüsusilə də yüksək texnologiyaları uğurlu şəkildə tətbiq edən dövlətlər məhz süni intellekt elementindən çox ciddi şəkildə istifadə etməklə gündəlik həyat tərzinin bir tərkib hissəsinə çevirmiş olublar və bu baxımdan da Azərbaycanda da artıq bir çox vacib inkişaf modellərinin də məhz süni intellekt imkanları əsasında realizə olunduğunu görürük. Misal üçün, ağıllı şəhər, ağıllı kənd konsepsiyalarının məhz süni intellekt imkanlarından geniş şəkildə istifadə olunduğu, ondan da başqa gündəlik həyat tərzimizə az qala çevrilən texnoloji yeniliklər və onlar da bilavasitə bu gün gündəlik düzəmimizi müəyyənləşdirən və müəyyən mənada da ondan bu və ya digər formada uğurlu şəkildə istifadə etmək imkanı ortalığa qoyan bir vasitədir.
Amma bununla yanaşı, şübhəsiz ki, süni intellekt yalnız iqtisadi inkişaf vasitəsi deyil. Bu, həm də müxtəlif deməli proseslərin bu və ya digər formada biruzə verməsinə gətirib çıxardır. Misal üçün, kiber cinayətkarlıq, sonra dezinformasiya, eyni zamanda kritik infrastrukturlar üzərində təhlükələr və digər məsələlər, şəxsi məlumatların ötürülməsi, rəqəmsal asılılığın yaradılması və digər məsələlər bu həm də süni intellektin də müsbət aspektləri ilə yanaşı, eyni zamanda müəyyən neqativlərə də yol açdığını görürük ki, o bəd niyyətdə olan qüvvələr bu süni intellekt imkanlarından bu şəkildə də istifadə etməyə üstünlük verirlər ki, bu da nəticə etibarilə milli təhlükəsizlik məsələsi ilə sıx bağlı olduğunu göstərir. Bu kimi aspektlərin və bu da bu gün məsələn texnoloji, informasiya təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik və digər məsələləri xüsusilə də aktual edir.
Və bu baxımdan da önəmli olan ölkənin təhlükəsizlik sisteminin də bu kimi çağırışlara qarşı bir preventiv mexanizm, mexanizmə malik olmasıdır ki, bu da həm texnoloji infrastrukturun, bir çox ciddi kadr bazasının olmasını zəruri edir. Və nəzərə alsaq ki, bir çox ölkələrdə artıq süni intellekt məsələləri milli təhlükəsizlik strategiyasının az qala əsas dominantı qismində özünü büruzə verməkdədir. Bu baxımdan da təbii ki, Azərbaycanda da məhz beynəlxalq təcrübəni nəzərdən keçirməklə bir milli preventiv mexanizminin formalaşması istiqamətində zəruri addımların atılmasına ehtiyac var ki, nəticə etibarilə süni intellekt bizim təhlükəsizlik sistemimizə təhdid yox, daha əksinə təhlükəsizlik sistemimizin effektivliyini təmin edə biləcək bir vasitəyə çevrilsin və kənar istənilən müdaxilələrin qarşısını almaq iqtidarında olsun.
Süni intellekt eyni zamanda qeyd etdiyim kimi, kifayət qədər sürətlə inkişaf edir və bu da əgər hansısa bir dövrə hesablanmış bir proqnozlar verilirsə, süni intellekt həmin proqnozları da bir növ üstələmiş olur. Bu baxımdan da inkişafın sürəti ilə əlaqədar olan, müasir dövrdə də xüsusilə də biruzə verən çağırışlar həm də bax bu çox vacib elementi nəzərə aldığı üçün dilə gətirilir. Çünki süni intellekt texnologiyalarını biz daha sürətli inkişaf etdiyini görürük nəinki bir neçə ilə hansısa bir müddətə hesablanmış proqnozların verilməsi, çünki indi əminliklə deyə bilərəm ki, bir çox deməli yeniliklər var hansı ki, bizim artıq gündəlik həyat tərzimizə çevrilib, 5 il, 10 il, 15 il bundan qabaq ola bilsin hansısa bir fantastik janrda çəkilmiş bir filmdə özünü göstərmiş olurdu. Amma bu gün biz görürük ki, çox rahat şəkildə bu artıq bizim gündəlik bir həyat tərzimizdir, gündəlik həyatımızda istifadə etdiyimiz alətlərdir, vasitələrdir ki, bu zamanında sadəcə olaraq bir fantastik və bəzi hallarda ola bilsin ki, hətta utopik gələ bilərdi.
Amma bu gün gedən proseslər həqiqətən də süni intellektlə bağlı olan hadisələrin daha bir tez zamanda həyata keçdiyini göstərir. Bu da nəticə etibarilə yeni çağırışları formalaşdırır ki, bu da bilavasitə qanunvericiliklə, təhlükəsizliklə bağlı, müəyyən dəyərlər sisteminə aid olan prinsiplərin nəzərə alınmaqla bir mexanizmlərin qurulmasını zəruri edir ki, bu da təbii ki, düşünürəm ki, Rəqəmsal İnkişaf Şurası bu istiqamətdə çox bir məhsuldar bir fəaliyyət sərgiləmiş olacaqdır.
Eyni zamanda, şuranın ilk iclasında həm süni intellektin yaratdığı imkanlar və risklər də bu və ya digər formada nəzərdən keçirilir. İmkanlar şübhəsiz ki, məhsuldarlığın artmasına, dövlət xidmətlərinin rəqəmsallaşdırmaqla vətəndaş məmnunluğunun yüksəlməsinə, iqtisadiyyatın ayrı-ayrı istiqamətləri üzrə modernləşdirilməsi, yeni iş sahələrinin yaradılması, cəmiyyətin müxtəlif sahələrində burada, xüsusilə də iqtisadiyyatın ayrı-ayrı seqmentlərində, kənd təsərrüfatı sahəsində süni intellekt yeni bir imkanlar yaratmış olur və onlardan da düzgün istifadə sadaladığım sahələrdə çox vacib nəticələrin əldə olunmasına gətirib çıxardır. Amma risklər şübhəsiz ki, burda bir qədər əvvəl də qeyd etdiyim kimi kiber hücumlar, sonra saxta məlumatların, məşhur bir 'fake news' ifadəsi var onun, ya da 'deep fake' deməli məlumatlarının dövriyyəyə buraxılması ilə gətirib çıxarda bilər.
Azərbaycanda da Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirilən fikirlər bir daha onu göstərir ki, süni intellekt və yüksək texnologiyalar ölkəmizdə də dövlət siyasətinin və rəqəmsal transformasiyasının prioritet istiqamətlərindən biridir. Və bu baxımdan da məhz o prioritetliyindən irəli gələrək bir tərəfdən cəmiyyətin müxtəlif sahələrinin bu gedən proseslərə uyğun adaptasiya olunması, digər tərəfdən də həmin imkanlardan da maksimum istifadə etməklə çox ciddi bir inkişaf strategiyasının həyata keçirilməsinə müvəffəq olunsun.
Azər Allahverənov son olaraq bildirdi ki, burada bir çox dövlətlərin, son illərin inkişafının təməlində də məhz süni intellektin dayandığını görürük. Süni intellekit çox böyük bir yatırımları da tələb edən bir sahədir. Bəzi dövlətlər bu və ya digər formada süni intellekt imkanlarından yararlanması barədə düşünəndə digər dövlətlər bu prosesin ta önündə gedir və nəticə etibarilə tamamilə fərqli bir idarəçilik siyasətini sərgiləmiş olur. Bu baxımdan da Azərbaycan süni intellektin iqtisadi inkişafın mühərriki olduğunu qəbul etməklə yanaşı həm də təhlükəsizlik və digər sahələrdə də strateji mahiyyət daşıyan vəzifələrin həyata keçirilməsi istiqamətində ardıcıl siyasət yürütməkdədir. Həmçinin Rəqəmsal İnkişaf Şurasının sərgiləyəcəyi yanaşma bütövlükdə həmin siyasətin ümummilli səviyyədə uğurlu icrasını təmin etməklə yanaşı həm də gələcək strateji kursun uğurlu şəkildə icrasına səbəb olacaqdır ki, bu da təbii ki, ən böyük gözləntilərdir.
Müşfiq MİRZƏ
XQ

