Müğənni Teylor Svift ilə futbolçu Trevis Kelsinin toyu Tennessi ştatında baş tutub. Bu barədə "Page Six" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Yeni evlənənlər yaxınlarının əhatəsində nikaha daxil olublar. Nikahın dəqiq vaxtı və yeri açıqlanmır, lakin bundan qısa müddət əvvəl müğənninin şəxsi təyyarəsi ştatın paytaxtı Neşvildə olub. Yeni evlənən cütlük bu məlumatı hələlik təsdiqləməyib.
Toyun rəsmi hissəsini gizli saxlamalarına baxmayaraq, hazırda Nyu-Yorkun mərkəzində təntənəli mərasimə geniş hazırlıq işləri görülür. Polis daha əvvəl Manhettenin mərkəzində, "Medison Skver Qarden" arenasının yaxınlığındakı küçələri mühasirəyə alıb. KİV-in məlumatına görə, cütlük cümə axşamı günü orada 100 nəfərlik qapalı qəbul keçirəcək, cümə günü isə 1000 qonağın iştirakı ilə kütləvi tədbirin keçirilməsi planlaşdırılır. Toya Pol Makkartni, Emma Stoun və Selena Qomezin gələcəyi gözlənilir. Dəvət olunmuş ifaçılar arasında isə Ed Şiran, Stivi Niks və Kenni Çesninin adları qeyd olunub. Teylor Svift və Trevis Kelsi nişanlandıqlarını 2025-ci ilin avqustunda elan etmişdilər.
XQ

