UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək IV tur oyununun hakim təyinatları açıqlanıb.
Qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sebastyan Qishamerə Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Valter Altmann yerinə yetirəcək. VAR-da Manul Şüettenquber, AVAR-da Yosef Spurni olacaq.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq. 3 turdan sonra hər iki komandanın 6 xalı var. Ağdam təmsilçisi 13-cü, London klubu isə 11-ci pillədə yer alıb.
XQ

