Dövlət qurumları arasında bilyard turniri

post-img

Azərbaycan Bilyard Federasiyası tərəfindən dövlət qurumları arasında bilyard turniri təşkil olunub.

Turnir Heydər Əliyev adına İdman-Əyləncə Kompleksi ərazisində yerləşən Bilyard Akademiyasında keçirilib. Yarışın əsas məqsədi dövlət qurumları arasında dostluq münasibətlərinin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və bilyard idman növünə marağın artırılması olub.

Turnirdə müxtəlif dövlət qurumlarını təmsil edən komandaların iştirakçıları yüksək oyun bacarığı, peşəkarlıq və rəqabət ruhu nümayiş etdirib. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşlər tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

Yarışın nəticələrinə əsasən Toğrul Nəsirov (SOCAR) 1-ci yerə, Rauf Əsgərov (FHN) 2-ci yerə, Cavid Mustafazadə (FHN) və Fəxrəddin Vəliyev (Dövlət Reklam Agentliyi) 3-cü yerə layiq görülüblər.

Qaliblərə mükafatlandırma mərasimində diplom və kuboklar təqdim olunmuşdur.

Azərbaycan Bilyard Federasiyası gələcəkdə də bu kimi tədbirlərin davamlı olaraq təşkilini planlaşdırır və bilyardın ölkədə inkişafına töhfə verməyə davam edəcəkdir.

Q.ƏLİYEV
XQ







İdman