Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
15-28 iyun tarixlərində Gürcüstanın Batumi şəhərində 8,10 və 12 yaşlı şahmatçılar arasında Dünya Kuboku keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli və Sadəgül Əfəndi təmsil edəcəklər. Yeniyetmələr səfərə məşqçi Nicat Məmmədovun rəhbərliyi altında yollanacaq.
Qabil YUSİFOĞLU
XQ

