Zaxarova: Hakan Fidan Rusiyaya səfərə gələcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin xarici işlər naziri Hakan Fidan 15-17 iyun tarixlərində Rusiyaya səfər edəcək və rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Türkiyə xarici işlər naziri 15-17 iyun tarixlərində Moskvaya işgüzar səfər edəcək. Onun Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar aparacağı, eləcə də digər ikitərəfli əlaqələr quracağı planlaşdırılır”, - deyə o, çərşənbə günü brifinqdə bildirib.

Zaxarova əlavə edib ki, danışıqlarda “Rusiya-Türkiyə münasibətlərinin müxtəlif sahələrdə inkişafı ilə bağlı əsaslı fikir mübadiləsi aparılacaq”.

“Xarici işlər qurumlarının rəhbərləri beynəlxalq gündəmdəki əsas məsələləri, o cümlədən Yaxın Şərq, Qara dəniz regionu, Qafqaz, Mərkəzi Asiya və digər aktual mövzuları müzakirə edəcəklər”, - deyə o qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya