Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qırğızıstan və İtaliya cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında saziş imzalayıblar.
XQ xəbər verir ki, bu barədə Qırğızıstanın Baş Prokurorluğu məlumat yayıb.
Müvafiq sənədi Romada Qırğızıstanın Baş prokuroru Maksat Asanaliyev və İtaliyanın ədliyyə naziri Karlo Nordio imzalayıblar.
Qeyd edilib ki, saziş cinayət işləri üzrə sübutların əldə edilməsi, cinayətkar aktivlərin müəyyən edilməsi və müsadirə edilməsi üçün hüquqi əsas yaradır. Bu addım transmilli mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, kibercinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı birgə mübarizəni gücləndirəcək.

