BVF seçkilərdən sonra Ermənistana 25 milyon dollar ayırıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Beynəlxalq Valyuta Fondu Nikol Paşinyanın partiyasının parlament seçkilərində qələbəsindən sonra Ermənistana təxminən 25 milyon dolların ayrılmasını təsdiqləyib.

Məlumatı Rusiya KİV yayıb. 

Fonddan verilən açıqlamada bildirilir: “BVF-nin İcraiyyə Şurası Ermənistanın “Stand-By” proqramının ilk icmalını başa çatdırdəığını aşıqlayıb. Bu icmal 18,4 milyon SDR və ya təxminən 25,1 milyon ABŞ dollarına bərabər məbləğin ödənilməsinə imkan verir”.

Beləliklə, təşkilatdan alınacaq vəsaitin ümumi məbləği təxminən 50,2 milyon ABŞ dolları təşkil edəcək.

P.ƏMİRCANOV
XQ

Dünya