Çin və Gürcüstan münasibətləri: “hərtərəfli strateji tərəfdaşlıq”

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çin və Gürcüstan ikitərəfli münasibətlərini “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə qaldırdıqlarını elan ediblər. Məlumatı “Anadolu” verib. 

Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Çin Sədri Si Cinpin və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibətilə təbrik mesajları göndəriblər. Mesajlarda Çin-Gürcüstan münasibətlərinin səviyyəsini “strateji tərəfdaşlıqdan” “hərtərəfli strateji tərəfdaşlığa” yüksəltmək qərarı elan edilib.

Si Cinpin qeyd edib ki, 2023-cü ildə strateji tərəfdaşlığın qurulmasından bəri iki ölkə arasında qarşılıqlı siyasi etimad daha da möhkəmlənib, praktiki əməkdaşlıq geniş vüsət alıb və çoxtərəfli tərəfdaşlıq daha effektiv olub.

Gürcüstan Prezidenti isə deyib ki, münasibətlərin səviyyəsinin yüksəldilməsi ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradacaq, iki ölkə xalqlarına daha çox fayda gətirəcək və onlar arasında dostluq əlaqələrini daha da gücləndirəcək.

P.ƏMİRCANOV
XQ

Dünya