Goranboy: Milli Qurtuluşdan Zəfərə

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri Samir Qocayev, şəhid ailələri, ziyalılar və ictimaiyyətin nümayəndələri 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Zəfərə gedən yol” konfransında xalqımızın birliyini və tarixi prosesləri bir daha vurğuladılar.

Görüş Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önündə ehtiramla anılması ilə başladı. Abidə qarşısında qəlbinin hərarəti ilə xatirə yad edildi, daha sonra Heydər Əliyev mərkəzində davam edən sərgi və təqdimatlar xalqın tarixən dəyər verdiyi dövlətçilik irsini qavramağa kömək etdi.

Bir dəqiqəlik sükutla şəhidlərimizin, həmçinin ulu Öndərin əziz xatirəsi yad edildi. Konfransın əsas hissəsində “Milli Qurtuluşdan Zəfərə gedən yol” videoçarxı nümayiş olundu.

Çıxışlarda, 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik və davamlı inkişaf yolunun başlandığını bildirən Məhərrəm Quliyev, həmçinin Samir Qocayev, Nailə Məmmədova, Əzra Həşimova, Ürfət Həsənov və Gündüz Hacıyev Milli Qurtuluşdan sonra formalaşan inkişaf yolunun xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və azərbaycançılıq ideyasının möhkəmlənməsinin əsasını təşkil etdiyini vurğuladılar. Onlar bu gün Azərbaycanın yeni inkişaf mərhələsində regionun aparıcı dövlətdən biri kimi mövqeyini gücləndirdiyini bildirdilər.

Tədbirin sonunda yubiley yaşlarına görə fərqlənən ziyalılar və ictimai fəallar fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olundu; həmçinin Yeni üzvlərə üzvlük vəsiqələri təqdim edildi.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri





Sosial həyat