FT: Ukrayna "Patriot" raketlərinə daha ucuz alternativ hazırlayır

post-img

Ukraynanın "Fire Point" müdafiə şirkətinin həmtəsisçisi və baş konstruktoru Denis Ştilerman nəşrə bildirib ki, şirkət ballistik raketlərin və dronların qarşısını almaq üçün nəzərdə tutulmuş "FP-7.x" zenit raketinin ilk uçuş sınaqlarını keçirib.

Yeni raket Amerikanın "Patriot" sistemlərinə daha sərfəli alternativ kimi hazırlanır. Tərtibatçıların sözlərinə görə, "Patriot PAC-3" raketinin 3,8 milyon dollarlıq qiyməti ilə müqayisədə, bu yeni tutucu raketin bir ədədinin dəyəri təxminən 700 min dollar təşkil edir. "FP-7.x" Ukraynanın avropalı tərəfdaşları ilə birgə yaratdığı perspektivli "Freyja" hava hücumundan müdafiə (HHM) sisteminin tərkib hissəsidir. Bu sistem üçün Avropa istehsalı olan radar və idarəetmə sistemlərindən istifadə edilməsi planlaşdırılır.

Tərtibatçılar artıq bu ilin avqust ayında seriyalı istehsalata başlamağı hədəfləyirlər. Hazır raketlərin infraqırmızı özütuşlayan başlıqlarla təmin edildikdən sonra, 2027-ci ildə silahlanmaya qəbul edilə biləcəyi gözlənilir.

S.ELAY

XQ

Dünya