ANAMA-da Böyük Britaniya nümayəndə heyəti ilə görüş keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirinin müavini Edvard Avansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. 

XQ xəbər verir ki, görüşdə humanitar minatəmizləmə sahəsində qarşılıqlı əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi, eləcə də minatəmizləmə sahəsində mövcud prioritetlər və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.



Sosial həyat