Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimin tətbiqini nəzərdən keçirir.
XQ xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə keçirilən görüş zamanı açıqlama verib.
Nazir Ceyhun Bayramov bu təşəbbüsün iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından mühüm addım olduğunu bildirib. Onun sözlərinə görə, vizasız gediş-gəlişin mümkünlüyü səyahətlərin sadələşdirilməsinə, işgüzar əlaqələrin genişlənməsinə, turizm sektorunun inkişafına və Azərbaycan ilə Yaponiya xalqları arasında mədəni-humanitar təmasların güclənməsinə xidmət edəcək.
Tərəflər həmçinin qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi və ikitərəfli münasibətlərin strateji dialoq çərçivəsində inkişaf etdirilməsi perspektivlərini də müzakirə ediblər.

