Basketbol millimizin Avropa çempionatı hazırlıqları

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Basketbol üzrə U16, U18 və U20 qız millilərimiz Minskdə keçirilən təlim-məşq toplanışını başa vurub.

26 may – 4 iyun tarixlərini əhatə edən hazırlıq prosesi çərçivəsində komandalarımız Belarusun müxtəlif klubları və milli komandaları ilə bir sıra yoxlama oyunları keçirərək Avropa çempionatlarına hazırlıqlarını davam etdiriblər.

Komandamızın baş məşqçisi Evren Alkaya hazırlıqlarla bağlı fikirlərini XQ-yə bolüşüb:

- Toplanış bizim üçün çox faydalı oldu. Güclü rəqiblərlə qarşılaşaraq komandalarımızın hazırkı vəziyyətini qiymətləndirmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə etdik. İnanıram ki, hazırlığın nəticələri qarşıdakı Avropa çempionatlarında özünü göstərəcək.

Qabil YUSİFOĞLU 
XQ 



İdman