“Liverpul” – “Qalatasaray” oyununun hakimləri

post-img

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul” – “Qalatasaray” matçının hakim təyinatları açıqlanıb. Məlumata görə, oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanı baş hakim Şimon Marçinyak idarə edəcək. Ona yan xətt hakimləri Tomas Listkiviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pavel Raçkovski yerinə yetirəcək.

Xatırladaq ki, ilk oyunda “Qalatasaray” qələbə qazanıb – 1:0. Cavab görüşü martın 19-da Liverpulda keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman