2025-ci ilin yanvar–iyul aylarında ölkəmizdən xarici bazarlara meyvə, tərəvəz və bostan məhsullarının ixracında ciddi artım qeydə alınıb. Bu ilin 7 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qoz-fındıq ixracı 33,1 faiz, sitrus meyvələri ixracı 54 faiz, alma, armud və heyva ixracı 53,6 faiz, ərik, albalı, gilas, şaftalı ixracı 33 faiz, nar ixracı 37,7 faiz, digər meyvələrin ixracı isə 76,2 faiz artıb.
Hesabat dövründə tərəvəz məhsullarının ixracında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz artım qeydə alınıb. Cari ilin 7 ayı ərzində ölkəmizdən xarici bazarlara kartof ixracı həcm olaraq 46,8 faiz, pomidor ixracı 22,8 faiz, qarpız və qovun ixracı 2 dəfədən çox artıb.
Artım təkcə tərəvəz və bostan məhsullarının həcmində deyil, ixrac dəyərində də öz əksini tapır. Belə ki, bu ilin yanvar-iyul aylarında kartof ixracından gəlir dəyər ifadəsində (ABŞ dolları ilə) 37,5 faiz təşkil etdiyi halda, pomidor ixracı üzrə bu artım 12,4 faiz, qarpız və qovun ixracı üzrə isə 86,4 faiz olub.