AZAL təyyarəsinin qəza yerində xatirə abidəsi

post-img

“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğradığı yerdə ucaldılan abidənin görüntüləri yayımlanıb.

Bu, təyyarənin qalıqları olan ərazinin ətrafında skamyalar və güllərlə tamamlanmış metal hasarlanmadır.

Tüpkaraqan rayonunun akimi yerli mediaya izah edib ki, abidənin qurulması Manqistau vilayətinin sakinlərinin təşəbbüsü ilə baş tutub, heç bir büdcə vəsaiti istifadə olunmayıb.

Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

XQ

Son xəbərlər