FHN MDB ölkələrinin birgə təlimində

post-img

Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Noqinsk Xilasetmə Mərkəzinin poliqonunda MDB ölkələrinin təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qurumlarının birgə təlimi keçirilib.

“Genişmiqyaslı dağıntı ilə müşayiət olunan zəlzələnin nəticələrinin aradan qaldırılması” mövzusunda keçirilən birgə təlimdə Azərbaycanı Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi təmsil edib. Təlimə nazirliyin 30 şəxsi heyəti və 5 texnikası cəlb edilib.

Təlimdə qüvvə və vasitələrin operativ olaraq fövqəladə hadisə rayonuna cəlb edilməsi, bölmələrin yerləşməsi üçün çadır düşərgəsinin qurulması, koordinasiya mərkəzinin açılması və qarşılıqlı fəaliyyətin təşkili, təyin olunmuş iş sahələrində axtarış-xilasetmə əməliyyatları zamanı fəaliyyətin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə kəşfiyyat tədbirlərinin icrası və uçma təhlükəsi olan tikililərin möhkəmləndirilməsi, hündürlükdə və dağıntılar altında axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə tapşırıqlar Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin qüvvə və vasitələri cəlb olunmaqla uğurla icra edilib.

İştirakçılar Noqinsk xilasetmə mərkəzinin imkanları, fəaliyyət istiqamətləri və maddi-texniki bazası ilə də tanış olublar. Bununla yanaşı, müxtəlif mövzularında seminarlar təşkil edilib.

 

Son xəbərlər