Rüstəmxanlı poeziyası sərhədləri aşır

post-img

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının alban dilinə tərcümə edilmiş şeirləri Albaniyanın “Albsprit” dərgisində çap olunub. Hindistanın Benqal vilayətində populyar “Swapner Vela Shaitya Patrike” ədəbiyyat portalı da Sabir Rüstəmxanlının benqal və ingilis dilinə tərcümə edilmiş şeirlərini yayımlayıb. Hər iki dərgidə şeirlər şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunub.

Geniş oxucu auditoriyasına malik “Albsprit” dərgisi və “Swapner Vela Shaitya Patrike” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində məşhur dünya şair və yazıçılarının yaradıcılığını işıqlandırır.

Qeyd edək ki, 2 ay əvvəl Sarayevonun “Bookline” nəşriyyatında Sabir Rüstəmxanlının ölkəmizdə və onun hüdudlarından kənarda böyük populyarlıq qazanmış “Ömür kitabı” əsəri də ingilis dilində Qərbi Balkan və Avropa oxucularına təqdim edilib. Avqust ayında isə Xalq şairinin AJB üzvü, yazıçı Cahangir Namazova müsahibəsi Albaniya saytında dərc olunub.

XQ

Mədəniyyət