2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətindən 6-nın yığımları 2024-cü illə müqayisədə az olub.
XQ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı sığorta icmalında bildirilir.
Sənədə əsasən, həmin şirkətlər “Atasığorta”, “Atəşgah Sığorta”, “Azsığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta” və “Qala Sığorta” ASC-lərdir.
Qalan 10 sığorta şirkəti isə yığımlarını artıra bilib.
Son 1 ildə sığorta ödənişləri də 16 şirkətdən 5-də azalıb. Bunlar, “A-Qrup Sığorta”, “İpək Yolu Sığorta”, “PAŞA Sığorta”, “Qala Həyat Sığorta” və “Xalq Həyat Sığorta” ASC-lərdir.
Qalan 11 şirkətin ödənişləri artıb.

