Dövlət qulluğunda idarəçilik təkmilləşdirilir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə hər il 23 iyun Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu peşə bayramı gününün təsis edilməsi dövlət qulluqçularına olan qayğının əyani nümunəsidir. 

Sovet hakimiyyəti dönəmində dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr potensialının sistemli şəkildə hazırlanması Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə baş vermişdir. Dahi şəxsiyyət Heydər Əliyev respublikaya rəhbər seçiləndə dövlət, sovet və partiya qrumlarında rus, erməni və digər millətlərin nümayəndələri güclü mövqeyə malik idilər. Ulu Öndər milli  kadrları önə çəkməklə yanaşı, güclü potensial da yaradırdı. Belə ki, ölkəyə lazım olan mütəxəssis yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, ildə 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi.

Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası milli maraqların həllinə qadir və müasir tələblərə cavab verən dövlət idarəçilik prinsiplərini təsbit etdi. 1996-cı ildə Hüquq İslahatları Komissiyası, 1998-ci ildə isə Dövlət İdarəçiliyi Sistemində İslahatların Aparılması üzrə Dövlət Komissi­yası yaradıldı. Hər iki komissiya­nın gördüyü işlər, əsasən, ölkədə demokratik proseslərin inkişafına, qəbul edilən qanunların beynəlxalq standartlara uyğunlaşdırılmasına, dövlət idarəçiliyi sisteminin modernləşdirilməsinə yönəldilmişdir. Bu qanunvericilik aktlarının böyük bir qismi bilavasitə dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə,  qulluqçuların sosial müdafiəsinin təmin olunmasına yönəlmişdir. Bununla da ölkəmizdə dövlət qulluğunu tənzimləyən zəruri qanunvericilik bazası formalaşdırılmışdır.

Respublikamızda dövlət qulluqçularının peşəkarlığını artırmaq məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının hazırlanmasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin yüksəldilməsində, dövlət qulluğunun nəzəri və praktiki məsələlərinin öyrənilib müvafiq təkliflər verilməsində rolu olduqca böyükdür. Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə qurumlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə imzalanmış “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın da əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.  

Dövlət qulluqçularının peşə bayramının qeyd olunması onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.

Bu sahədə çalışan hər bir dövlət qulluqçusu öz vəzifəsini səmərəli şəkildə yerinə yetirməyə borcludur. Onlar etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

Prezident İlham Əliyevin demişdir: “...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.

Döv­lət qul­luq­çu­su gün­də­lik pe­şə və­zi­fə­lə­ri­ni ic­ra et­mək­lə əs­lin­də cə­miy­yə­tin sa­bit­li­yi­ni, tə­rəq­qi­si­ni, in­san­la­rın haq­qı­nı, ri­fa­hı­nı tə­min et­mək üçün ən çə­tin, ən mə­su­liy­yət­li bir işin ağır yü­kü­nü öz çi­yin­lə­rin­də da­şı­yır. Döv­lət qul­lu­ğu­na rəh­bər­lik, qul­lu­ğun fəa­liy­yə­ti­nin ko­or­di­na­si­ya mə­sə­lə­lə­ri də da­im tək­mil­ləş­di­ri­lir. 2017-ci ildə bu is­ti­qa­mət­də atı­lan ye­ni ad­dım­lar sı­ra­sın­da  Bi­rin­ci vit­se-pre­zi­dent ins­ti­tu­tu­nun tə­sis edil­mə­si və bu yük­sək və­zi­fə­yə Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti Meh­ri­ban xa­nım Əli­ye­va­nın tə­yin olun­ma­sı xü­su­si əhə­miy­yət kəsb edir. Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Və­tən­daş­la­ra Xid­mət və So­si­al İn­no­va­si­ya­lar üz­rə Döv­lət Agent­li­yi­nin “ASAN” xid­mət sis­te­mi­nin, Tə­lə­bə Qə­bu­lu üz­rə Döv­lət Ko­mi­tə­si və Döv­lət Qul­lu­ğu Mə­sə­lə­lə­ri üz­rə Ko­mis­si­ya­nın ba­za­sın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət İm­ta­han Mər­kə­zi pub­lik hü­qu­qi şəxs tə­si­sa­tı­nın ya­ra­dıl­ma­sı ins­ti­tu­sio­nal də­yi­şik­lik­lə­rin və be­lə­lik­lə də za­ma­nın ça­ğı­rış­la­rı­na ca­vab ola­raq bu döv­lət qul­lu­ğu sis­te­mi­nin ida­rə olun­ma­sı sa­hə­sin­də is­la­hat­la­rın ye­ni key­fiy­yət mər­hə­lə­si­nə yük­səl­mə­sin­dən xə­bər ve­rir.

Vətəndaşların xidmətində durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü işi ilə onların dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən nəslə örnək olmaq mənəvi cəhətdən daha zəruridir. 

Dövlət Statistika Komitəsinin son məlumatına görə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır. 2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olmuşdur ki, onların da 31,4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,6 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali-3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifatı, 12,4 faizi 5-ci təsnifatı, 8,7 faizi 6-cı təsnifatı, 44,2 faizi 7-ci təsnifatı, 23,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir. Dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1 ildən 5 ilədək, 23,6 faizi 5 ildən 10 ilədək, 18,8 faizi 10 ildən 15 ilədək, 27,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Dövlət qulluqçularının 3,0 faizini 25 yaşadək, 11,6 faizini 25-29 yaşda, 18,0 faizini 30-34 yaşda, 16,7 faizini 35-39 yaşda, 13,3 faizini 40-44 yaşda, 10,5 faizini 45-49 yaşda, 8,1 faizini 50-54 yaşda, 7,5 faizini 55-59 yaşda, 9,2 faizini 60-64 yaşda, 2,1 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir. 2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,5 faiz artaraq 2059,0 manat təşkil etmişdir.

Sözsüz ki, hər bir dövlət qulluqçusu  qulluğa qəbul olunarkən təntənəli şəraitdə Dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla içdiyi anda daim sadiq qalmalı, qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirməlidir.  

Müşfiq MİRZƏ
XQ

Sosial həyat