Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İranla əlaqələr müsbət irəliləyiş göstərsə də, Tehran müqavilənin şərtlərinə əməl etməsə, lazımi tədbirlər görüləcək. ABŞ prezidenti Donald Tramp bunu Ağ Evdə müqavilənin imzalanması mərasimində jurnalistlərə açıqlamasında bildirib.
Məlumatı “Anadolu” verib.
Tehranın Vaşinqton üzərində hər hansı bir təsir gücünə malik olub-olmadığı barədə suala cavab olaraq, ABŞ lideri İranın ciddi itkilər verdiyini bildirib: “Onların donanması, hava qüvvələri məhv edilib, liderləri öldürülüb və iqtisadiyyatları çöküb”.
Tramp qeyd edib ki, İranın hərbi potensialı əhəmiyyətli dərəcədə zəifləyib, raket qüvvələrinə, dronlarına və hava hücumundan müdafiə sistemlərinə ciddi ziyan dəyib: "Biz iki vacib nəticəyə nail olduq. Birincisi, boğaz açıqdır və açıq qalacaq. İkincisi, İran heç vaxt nüvə silahına sahib olmayacaq”.
Tramp həmçinin ABŞ-ın bölgədəki hərbi üstünlüyünə diqqət çəkib: “Hörmüz boğazına tam nəzarətimiz var. Əgər İran razılaşmaya əməl etməsə və ya lazımi şəkildə davranmasa, mən lazım olanı edəcəyəm”.
ABŞ prezidenti qeyd edib ki, “Bizə hörmətlə yanaşdıqları müddətcə heç bir problem olmayacaq”.
P.ƏMİRCANOV
XQ

