Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Tərəflərin imzaladığı anlaşma memorandumuna əsasən öhdəliklərinə əməl etməsi və onun bütün müddəalarını tam şəkildə yerinə yetirməsi şərtilə ABŞ ilə danışıqlar məhsuldar olacaq.
Bunu İran Prezidenti Məsud Pezeşkian X sosial şəbəkəsində Vaşinqtonla danışıqların gedişatını şərh edərkən yazıb.
O, tərəflərin razılaşdırılmış mətndən kənara çıxan istənilən açıqlamasının danışıqlar prosesinə mənfi təsir göstərə biləcəyini qeyd edib.
Prezident vurğulayıb ki, danışıqlar prosesindəki irəliləyiş yalnız tərəflərin üzərinə götürdüyü öhdəliklərin faktiki yerinə yetirilməsi ilə qiymətləndiriləcək.
P.ƏMİRCANOV
XQ

