Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu BRICS ölkələrində fövqəladə hallar üçün cavab mexanizmlərinin və ehtiyatların yaradılmasının vacibliyini bildirib. Şoyqu bu açıqlamanı Çinin xarici işlər naziri Van İ ilə görüşündə verib.
Xəbəri “Anadolu” yayıb.
Rusiya KİV-lərinin verdiyi məlumata görə, Şoyqu bildirib: “Beynəlxalq vəziyyətin pisləşməsini nəzərə alaraq, hesab edirik ki, BRICS çərçivəsində bugünkü şəraitdə tələb olunan, müxtəlif hadisələrə kollektiv və sürətli reaksiyalara yönəlmiş iş mexanizmlərinin yaradılması, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün birgə resurs ehtiyatlarının formalaşdırılması vacibdir”.
O deyib: “Biz bu təşəbbüsləri praktik məzmunla zənginləşdirmək üçün çalışacağıq. Bu məsələlərdə çinli dostlarımızın dəstəyinə güvənirik”.
Şoyqu bildirib ki, Yaxın Şərqdəki son hadisələr Qərbin getdikcə daha çox “rəngli inqilab” ssenarilərindən aktiv və kinayəli şəkildə istifadə etdiyini” açıq şəkildə nümayiş etdirir.
Şoyqu “Qeyri-adi təhlükəsizlik problemlərinin aradan qaldırılması: Gözlənilməz bir dünyada BRİKS” sessiyasında bildirib: “Qanunsuz idxal edilən Starlink və OneWeb terminalları da daxil olmaqla, bütün müasir informasiya və kommunikasiya texnologiyaları ictimai rəyi manipulyasiya etməklə sosial-siyasi vəziyyəti pozmaq üçün istifadə olunur”.
P.ƏMİRCANOV
XQ

