Regional Su Meliorasiya Xidmətinin sədri: Müasir suvarma sistemləri məhsuldarlığın artmasına imkan yaradacaq

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi yeni Dövlət Proqramının prioritet istiqamətlərindən biridir.

XQ xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev Saatlı rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədə səsləndirib.

O bildirib ki, proqram çərçivəsində müasir suvarma sistemlərinin tətbiqi su itkilərinin azaldılmasına, suvarma prosesinin daha dəqiq və səmərəli idarə olunmasına, məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına və su resurslarına qənaət edilməsinə şərait yaradacaqdır.

Zakir Quliyev vurğulayıb ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri kənd təsərrüfatının iqlim dəyişikliklərinə daha davamlı model əsasında inkişaf etdirilməsidir.

Onun sözlərinə görə, aqrar sektorun gələcək inkişafı yalnız yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə deyil, mövcud su və torpaq ehtiyatlarından daha maksimum səmərəliliklə istifadə olunması ilə təmin edilməlidir.

Sosial həyat