Vens İranla sülh üçün yaxşı təməl qoyulduğunu bildirib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

ABŞ-ın vitse-prezidenti C.D.Vens bildirib ki, İsveçrədə İranın yüksək vəzifəli rəsmiləri ilə uzun danışıqları ABŞ və İsrailin fevralın sonlarında başladığı müharibəyə daimi son qoymaq səylərinin bir hissəsi olaraq “uğurlu yekun razılaşma üçün yaxşı təməl” qoyub.

Məlumatı “Euronews” verib. 

Vens və ABŞ administrasiyasının rəsmiləri qlobal enerji təchizatı üçün həyati əhəmiyyətli su yolu olan Hörmüz boğazının açıq qalmasını təmin etmək üçün “mexanizmlərin” yaradılması və atəşkəsin qüvvədə olacağı gözlənilən cənubi Livanda İsrail ilə İranın dəstəklədiyi Hizbullah yaraqlıları arasında münaqişənin həlli də daxil olmaqla bir neçə istiqamətdə irəliləyiş əldə edildiyini bildiriblər.

ABŞ və İran prezidentləri Donald Tramp və Məsud Pezeşkian tərəfindən ötən həftə imzalanan müvəqqəti atəşkəs razılaşması Tehranın nüvə proqramının gələcəyi də daxil olmaqla, əsas məsələlər üzrə danışıqlar üçün 60 günlük müddət müəyyən edir . 

P.ƏMİRCANOV
XQ

Dünya