22 iyun 2026-cı il tarixində Biləsuvar şəhərində "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir.
Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, fermerlər və digər maraqlı tərəflər iştirak edirlər. Tədbirdə Dövlət Proqramında nəzərdə tutulan prioritet istiqamətlər, qarşıya qoyulan hədəflər və regionun aqrar potensialının daha səmərəli istifadəsi məsələləri müzakirə olunacaq.
XQ

