Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
2026-2027-ci il mövsümü üçün transfer fəaliyyətini davam etdirən Qarabağ FK növbəti futbolçu keçidini rəsmiləşdirib.
Ağdam təmsilçisi Martin Zlomisliç ilə müqavilə bağlayıb. Xorvatiyanın HNK Rijeka klubundan transfer olunan 27 yaşlı qolkiperlə 3+1 illik anlaşma əldə olunub. O, yeni komandasında 23 nömrəli forma ilə çıxış edəcək.
Karyerasına NK Široki Brijeg akademiyasında başlayan Zlomisliç 2017-ci ildə əsas komandada debüt edib. Qapıçı 2021-ci ildən etibarən “Riyeka”nın şərəfini qoruyurdu.
Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış edən futbolçu 2024-cü ildən əsas milli komandanın üzvüdür. O, milli komandanın heyətində bir neçə oyunda meydana çıxıb və hazırda ABŞ, Meksika və Kanadada təşkil olunan 2026-cı il dünya çempionatında iştirak edən Bosniya və Herseqovina yığmasının düşərgəsində yer alır.
Qeyd edək ki, Martin Zlomisliç yay transfer dönəmində “Qarabağ”ın heyətinə qatılan beşinci futbolçudur. Bundan əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa da Ağdam klubuna transfer olunublar.

