Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yəmən Nümayəndələr Palatasının sədri Sultan Səid Əl-Bərkani Azərbaycana işgüzar səfərə gəlib.
Bu barədə XQ-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində Nümayəndələr Palatasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.


