Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanda son illərdə həyata keçirilən ardıcıl sosial islahatlar pensiya və digər sosial ödənişlərdə ciddi artımlara imkan verməklə yanaşı, daha dərin institusional məzmun daşıyır. Dövlət büdcəsinin strukturu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatları və sosial ödənişlərin dinamikası göstərir ki, ölkədə sosial müdafiə sistemi klassik kompensasiya mexanizmindən insan kapitalına yönəlmiş inkişaf modelinə transformasiya olunur. Bu yanaşmanın ideoloji və strateji əsasları Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsinə söykənir. Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatın əsas məqsədi insanın rifahını yüksəltməkdən ibarətdir"– fikri dövlət fəaliyyətinin mərkəzində sosial siyasətin dayanmalı olduğunu göstərən fundamental yanaşmanı əks etdirir.
Prezident İlham Əliyev çıxışlarında səsləndirdiyi "İqtisadi imkanlarımız artdıqca vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi də daim diqqət mərkəzində olacaqdır"– tezisi son illərdə həyata keçirilən çoxsaylı sosial paketlərin və sosial müdafiə islahatlarının strateji məntiqini izah edir. Məhz bu yanaşmanın nəticəsidir ki, Azərbaycanda iqtisadi artımın nəticələri yalnız makroiqtisadi göstəricilərdə deyil, əhalinin gəlirlərinin artımında, pensiya və sosial müavinətlərin yüksəlməsində, məşğulluq imkanlarının genişlənməsində və sosial xidmətlərin keyfiyyətinin yaxşılaşmasında öz əksini tapır. Bu transformasiyanın ən mühüm göstəricisi isə dövlət maliyyəsində sosial sektorun çəkisinin davamlı artması və sosial müdafiə sisteminin ölkənin inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilməsidir.
Rifaha və insan kapitalının inkişafına xidmət edən siyasət
Həyata keçirilən sosial siyasətin nəticələri göstərir ki, ölkədə sosial inkişaf artıq yalnız əhalinin həssas qruplarının müdafiəsi ilə məhdudlaşmır. Sosial siyasət iqtisadi inkişaf strategiyasının mühüm sütunlarından birinə çevrilərək insan kapitalının inkişafı, gəlirlərin artırılması, yoxsulluğun azaldılması, məşğulluğun genişləndirilməsi və sosial bərabərliyin gücləndirilməsi istiqamətlərində sistemli nəticələr formalaşdırır. Dövlət büdcəsinin sosialyönümlü xarakterinin güclənməsi, sosial ödənişlərin artımı, əmək bazarının leqallaşdırılması və rəqəmsal sosial xidmətlərin genişləndirilməsi bu transformasiyanın əsas elementləridir.
2025-ci ilin yekunları göstərdi ki, ölkədə sosial sahə üzrə əldə olunan nəticələr makroiqtisadi sabitliklə sıx bağlı olub. Dövlət büdcəsinin gəlirləri 39,1 milyard manata, xərcləri isə 38,6 milyard manata çatıb, büdcə profisiti formalaşıb. Bu, sosial öhdəliklərin tam maliyyələşdirilməsinə və sosial proqramların genişləndirilməsinə imkan yaradıb və sosialyönümlü xərclər dövlət büdcəsinin ən böyük istiqamətlərindən biri olaraq qalıb.
Bunun göstəricisi kimi, son 7 ildə dövlət büdcəsində sosialyönlü xərclərin xüsusi çəkisi 7,8 mlrd. manatdan 17,1 milyard manata, sosial müdafiə və sosial təminat xərcləri 2,3 mlrd. manatdan 4,9 mlrd. manata çatıb. Habelə son 7 ildə 5 böyük sosial islahat paketi icra olunub. Əhatə dairəsi: 4 milyon insan olan, illik əlavə 8 milyard manat vəsaitin ayrıldığı bu islahatlar sosial ödənişlərdə ciddi artıma imkan verib. Beləliklə, 2018-ci ilə nisbətən ötən dövrdə minimum pensiyada 2,9 dəfə, orta aylıq pensiyada 2,9 dəfə, müavinət və təqaüd ödənişləri üçün illik vəsaitdə 5 dəfə, ünvanlı dövlət sosial yardımının hər ailəyə düşən orta aylıq məbləğində 2,4 dəfə artım baş verib. Qeyd edilən dövrdə yaşayış minimumu 73 faiz, ehtiyac meyarı 2,3 dəfə artıb. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, əlilliyi olan şəxslər, aztəminatlı ailələr, uşaqlı ailələr və digər həssas sosial qruplar üzrə ödənişlərin məbləği son illərdə ardıcıl artıb.
Yoxsulluğun kəskin şəkildə azaldılması Azərbaycanın sosial siyasətinin ən mühüm nailiyyətlərindən biri hesab olunur. Ölkə Prezidenti İlham Əliyevin 20 aprel 2026-cı il tarixində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində bildirib: “Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə, təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır”.
Bu nəticə iqtisadi artım, regionların inkişafı, məşğulluğun genişlənməsi, sosial müdafiə tədbirləri və gəlirlərin yüksəlməsi nəticəsində mümkün olub. Yoxsulluğun aşağı səviyyədə saxlanılması sosial sabitliyin və inklüziv inkişafın əsas göstəricilərindən biri kimi qiymətləndirilə bilər.
Məşğulluq sahəsində aparılan islahatlar sosial vəziyyətə birbaşa təsir göstərir. Son illərdə əmək bazarının leqallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Özünüməşğulluq proqramları, peşə hazırlığı kursları və aktiv məşğulluq tədbirləri xeyli sayda insanın əmək bazarına inteqrasiyasına şərait yaradıb. İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi nəticəsində əhali tibbi xidmətlərə daha geniş çıxış əldə edib. Müasir iqtisadi nəzəriyyələrdə səhiyyə xərcləri insan kapitalına investisiya kimi qiymətləndirilir və uzunmüddətli iqtisadi artımın mühüm amillərindən hesab olunur.
Bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanda sosial vəziyyət son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşır. Əhalinin gəlirləri artır, pensiya və sosial ödənişlər yüksəlir, yoxsulluq aşağı səviyyədə saxlanılır, məşğulluq genişlənir, səhiyyə və təhsil xidmətlərinin keyfiyyəti yaxşılaşır.
Sosial ödənişlərin artırılması: inkişaf strategiyası
Son illərdə ölkədə sosial ödənişlərin artırılması dövlətin inkişaf fəlsəfəsində baş verən keyfiyyət dəyişikliyi kimi qiymətləndirilir. Ənənəvi yanaşmada sosial ödənişlər büdcənin cari xərcləri sırasında nəzərdən keçirilir və daha çox sosial müdafiə funksiyası ilə izah olunur. Lakin müasir inkişaf iqtisadiyyatında sosial müdafiə xərcləri insan kapitalına, sosial sabitliyə və iqtisadi dayanıqlığa yönəlmiş strateji investisiya kimi qəbul edilir. Bu baxımdan Azərbaycanın sosial siyasətində müşahidə olunan əsas yenilik ondan ibarətdir ki, sosial ödənişlər artıq yalnız aztəminatlı qrupların müdafiəsi mexanizmi deyil, iqtisadi artımın nəticələrinin cəmiyyətin geniş təbəqələrinə ötürülməsi və daxili sosial-iqtisadi tarazlığın qorunması alətidir. Hazırkı mərhələdə sosial siyasətin məqsədi yalnız artımın nəticələrini bölüşdürmək deyil, eyni zamanda, iqtisadi inkişafın dayanıqlığını sosial sabitlik, inklüzivlik və insan kapitalının gücləndirilməsi vasitəsilə təmin etməkdir. Bu, sosial siyasətin kompensasiyaedici modeldən inkişafyönümlü modelə keçidini ifadə edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illər üzrə hesabatlarının müqayisəli təhlili göstərir ki, ölkədə sosial müdafiə sistemində üç paralel transformasiya baş verib. Birinci transformasiya sosial ödənişlərin ilə bağlıdır. 2018-ci ildən etibarən həyata keçirilən sosial paketlər nəticəsində pensiya, sosial müavinət və təqaüdlər üzrə artımlar 4 milyon vətəndaşı əhatə edib, minimum pensiyanın, minimum əməkhaqqının davamlı artırılması sosial müdafiənin baza standartlarını yüksəldib.
İkinci transformasiya sosial yardım modelindən hüquq əsaslı sosial təminat modelinə keçiddir. Əvvəlki mərhələdən fərqli olaraq, hazırda elektron pensiya təyinatı, proaktiv müavinət mexanizmləri, elektron sosial xidmətlər, vahid sosial reyestr və DOST modeli sosial hüquqların avtomatlaşdırılmış qaydada reallaşdırılmasına imkan yaradır. Bu dəyişiklik, sadəcə, texnoloji modernləşmə deyil, sosial idarəetmənin institusional yenilənməsidir.
Üçüncü transformasiya sosial büdcənin iqtisadi çəkisinin artmasıdır. Dövlət büdcəsində sosialyönümlü xərclərin yüksək paya malik olması göstərir ki, sosial müdafiə artıq fiskal siyasətin periferik istiqaməti deyil, dövlət maliyyəsinin əsas prioritetlərindən biridir. Əvvəla, Azərbaycan büdcəsinin funksiyası yalnız infrastruktur və kapital qoyuluşlarının maliyyələşdirilməsi ilə məhdudlaşmır. Büdcə getdikcə daha çox insan kapitalı, sosial rifah və inklüziv inkişaf alətinə çevrilir. İkincisi, neft gəlirlərinin əhəmiyyətli hissəsi tədricən sosial kapitala və insan inkişafına transformasiya olunur. Üçüncüsü, sosial müdafiə sistemi dövlətin iqtisadi siyasətində strateji sabitləşdirici rol oynayır.
Nəticə etibarilə, Azərbaycanda sosial ödənişlərin artırılması siyasəti sadə xərc genişlənməsi deyil, daha geniş inkişaf strategiyasının tərkib hissəsidir. Bu strategiyanın mahiyyəti iqtisadi artımın sosial rifaha çevrilməsi, sosial risklərin yumşaldılması, insan kapitalının qorunması və dövlətin sosial legitimliyinin möhkəmləndirilməsi ilə bağlıdır. Müasir mərhələdə sosial ödənişlərin artırılması Azərbaycanın sosial dövlət modelinin dərinləşməsini, neft gəlirlərinin insan kapitalına yönəlməsini və iqtisadi inkişafın daha inklüziv xarakter almasını təmin edən əsas mexanizmlərdən biri kimi çıxış edir.
Sosial ödənişlər iqtisadi artımın stimulu kimi
Sosial ödənişlər çox zaman yalnız istehlak yönümlü büdcə xərci kimi təqdim olunur. Halbuki müasir iqtisadi yanaşmada pensiya, müavinət və sosial təqaüdlər həm sosial müdafiə, həm də daxili tələbi sabitləşdirən fiskal alət kimi qiymətləndirilir. Bu baxımdan sosial transfertlərin iqtisadi təsiri yalnız vətəndaşın gəlirinin artması ilə məhdudlaşmır. Həmin vəsaitlər istehlak, ticarət, xidmət, səhiyyə və regional iqtisadi dövriyyə kanalları vasitəsilə daha geniş iqtisadi effekt yaradır.
OECD-nin qiymətləndirmələrinə görə, inkişaf etmiş ölkələrdə sosial müdafiə və vergi mexanizmləri bazar gəlirlərində baş verən şokların orta hesabla əhəmiyyətli hissəsini kompensasiya edir. Bu səbəbdən Almaniya, Fransa, İsveç, Danimarka və Niderland kimi ölkələrdə sosial xərclər yalnız rifah siyasəti deyil, həm də makroiqtisadi sabitlik aləti kimi qəbul olunur.
Azərbaycanda da sosial ödənişlərin artırılması daxili tələbin idarə olunması, regional iqtisadi aktivliyin qorunması və sosial sabitliyin möhkəmləndirilməsi alətidir. Xüsusilə qeyri-neft sektorunun inkişafı, regionlarda məşğulluğun genişləndirilməsi və kiçik sahibkarlığın dəstəklənməsi baxımından pensiya və sosial müavinətlərin sabit axını mühüm rol oynayır. Bu ödənişlər əhalinin alıcılıq qabiliyyətini qorumaqla yanaşı, yerli bazarlarda davamlı tələb yaradır.
Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, sosial transfertlərin uzunmüddətli müsbət effekti yalnız o halda güclü olur ki, onlar aktiv məşğulluq siyasəti, qeyri-rəsmi məşğulluğun azaldılması, sosial sığorta bazasının genişləndirilməsi və məhsuldarlıq artımı ilə tamamlanır. Bu baxımdan Azərbaycanda sosial ödənişlərin artırılması məşğulluq, rəqəmsal sosial xidmətlər, özünüməşğulluq proqramları və sosial sığorta daxilolmalarının artırılması ilə birlikdə qiymətləndirilməlidir.
Yeni sosial model: yardım deyil, imkan yaratmaq
Ölkədə həyata keçirilən sosial islahatların ən mühüm xüsusiyyətlərindən biri sosial müdafiə siyasətinin fəlsəfəsində baş verən dəyişiklikdir. Artıq əsas hədəf mövcud sosial problemlərin nəticələrini yumşaltmaq, həmin problemlərin yaranma səbəblərini aradan qaldırmaq, vətəndaşların iqtisadi imkanlarını genişləndirmək və onların əmək bazarına inteqrasiyasını təmin etməkdir. Bu yanaşma beynəlxalq iqtisadi ədəbiyyatda rifah dövlətindən sosial investisiya dövlətinə keçid kimi xarakterizə olunur. OECD, Dünya Bankı və Avropa Komissiyasının son illərdə irəli sürdüyü sosial siyasət konsepsiyalarında da əsas vurğu passiv sosial yardım mexanizmlərindən insan kapitalına investisiyaların artırılmasına yönəldilir. Məntiq ondan ibarətdir ki, uzunmüddətli perspektivdə sosial müdafiənin ən effektiv forması vətəndaşın davamlı gəlir əldə etmək imkanlarının yaradılmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatları göstərir ki, Azərbaycanda da sosial siyasətdə bu istiqamətə xüsusi önəm verilir. Sosial təminat sistemi gücləndirilməklə və əhatə dairəsi artırılmaqla yanaşı, aktiv məşğulluq proqramları (işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kurslarının təşkili və s.) ildən-ilə genişlənir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ilə nisbətən 2025-ci ildə işlə təmin olunanların sayı 189 min nəfər, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 16,8 min nəfər, peşə hazırlığına cəlb edilənlərin sayı 18,4 min nəfər, peşəyönümü xidmətlər göstərilən şəxslərin illik sayı isə qeyd edilən dövrdə 342,7 min nəfər təşkil edib. Eyni zamanda, və peşə ixtisaslaşdırılması layihələri, sosial xidmətlərin əhatə dairəsi, DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, elektron xidmət platformalarının inkişafı sosial siyasətin ayrılmaz tərkib hissəsinə çevrilib. Xüsusilə özünüməşğulluq proqramları sosial siyasətdə yeni yanaşmanın ən parlaq nümunələrindən biridir. Ənənəvi sosial yardım mexanizmi vətəndaşa müəyyən müddət ərzində maliyyə dəstəyi təqdim edirdisə, özünüməşğulluq modeli həmin şəxsin gələcəkdə müstəqil gəlir əldə etməsinə şərait yaradır. Dövlət tərəfindən təqdim olunan aktivlər və biznes dəstəyi nəticəsində on minlərlə ailə kiçik sahibkarlığa çıxış imkanı əldə edib.
Peşə hazırlığı və bacarıqların inkişafı proqramları da bu transformasiyanın mühüm komponentidir. Qlobal iqtisadiyyatda texnoloji dəyişikliklər, rəqəmsallaşma və əmək bazarının strukturunda baş verən dəyişikliklər yeni bacarıqlara tələbi artırır. Bu şəraitdə peşə hazırlığı proqramları yalnız məşğulluq tədbiri deyil, insan kapitalına investisiya mexanizmi kimi çıxış edir. İnsan kapitalı nəzəriyyəsinin banilərindən olan Gary Beckerin qeyd etdiyi kimi, təhsil və peşə bacarıqlarına qoyulan investisiyalar gələcək gəlirlərin, məhsuldarlığın və iqtisadi artımın əsas mənbələrindən biridir. Azərbaycanda peşə hazırlığı sisteminin genişləndirilməsi də məhz bu iqtisadi məntiqə əsaslanır.
Sosial siyasətin yeni modelində DOST konsepsiyası xüsusi yer tutur. DOST mərkəzləri yalnız xidmət göstərən qurum deyil, dövlət-vətəndaş münasibətlərinin yeni institusional modelidir. Rəqəmsallaşma isə sosial siyasətin səmərəliliyini artıran əsas amillərdən biridir. Əslində, rəqəmsal texnologiyalar sosial müdafiə sisteminin yalnız texniki deyil, institusional modernləşməsini təmin edir.
Azərbaycanda formalaşan yeni sosial modelin əsas fəlsəfəsi də məhz bundan ibarətdir: vətəndaşa yalnız dəstək vermək deyil, onun potensialını reallaşdırmaq üçün imkan yaratmaq. Bu isə müasir sosial dövlətin ən mühüm xüsusiyyətlərindən biri hesab olunur. Çünki uzunmüddətli dövrdə sosial rifahın ən dayanıqlı mənbəyi sosial ödənişlər deyil, bacarıqlar, əmək fəaliyyəti və iqtisadi imkanlar əsasında formalaşdırılan gəlirlərdir.
Rəqəmsal sosial dövlət modeli: sosial siyasətdə yeni idarəetmə paradiqması
Əvvəlki dövrlərdə sosial müdafiə sistemi, əsasən, vətəndaş müraciətləri, kağız sənəd dövriyyəsi və çoxpilləli inzibati prosedurlar üzərində qurulurdusa, hazırda bu sistem data əsaslı, inteqrasiya olunmuş və proaktiv idarəetmə modelinə transformasiya olunur. Bu dəyişiklik yalnız texnoloji yenilənmə deyil, sosial dövlətin fəaliyyət prinsiplərində baş verən fundamental institusional transformasiyadır.
ƏƏSMN-nin illik hesabatları göstərir ki, elektron pensiya təyinatı, proaktiv sosial ödəniş mexanizmləri, vahid elektron reyestrlər, inteqrasiya olunmuş informasiya sistemləri və DOST xidmətləri vasitəsilə milyonlarla əməliyyat avtomatlaşdırılıb. Bu proses qlobal idarəetmə nəzəriyyəsində "Digital Welfare State" – rəqəmsal sosial dövlət modelinin formalaşmasının tərkib hissəsidir. Danimarka, Finlandiya və Sinqapur kimi qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, rəqəmsal texnologiyaların sosial müdafiə sisteminə inteqrasiyası yalnız xidmət keyfiyyətini yüksəltmir, eyni zamanda, dövlət xərclərinin effektivliyini artırır, korrupsiya risklərini azaldır və vətəndaş məmnunluğunu yüksəldir.
Azərbaycanın təcrübəsində rəqəmsal transformasiyanın ən mühüm nəticələrindən biri elektron pensiya təyinatı sistemidir. Hazırda əmək stajı və sosial sığorta məlumatları əsasında pensiyalar avtomatik təyin edilir. Bu mexanizm sosial hüquqların əldə edilməsini vətəndaşın aktiv müraciətindən asılı prosesdən dövlət tərəfindən avtomatik təmin olunan hüquqa çevirib. Bu, "sosial dövlət" anlayışının yeni məzmununu formalaşdırır.
Proaktiv təyinat mexanizmləri də sosial siyasətdə yeni keyfiyyət mərhələsinin göstəricisidir. Müasir sosial idarəetmədə əsas prinsip vətəndaşın dövlət qurumlarına müraciət etməsini gözləmək deyil, onun hüququ yarandığı anda həmin hüququn avtomatik reallaşdırılmasıdır. Bu yanaşma beynəlxalq təcrübə konsepsiyalarına uyğun gəlir. Azərbaycanda sosial müavinətlərin, təqaüdlərin və bir sıra sosial xidmətlərin proaktiv təyini dövlət–vətəndaş münasibətlərində yeni etimad mühiti formalaşdırıb.
Rəqəmsal transformasiyanın iqtisadi nəticələri də xüsusi diqqətə layiqdir. Birincisi, vətəndaşların inzibati xərcləri əhəmiyyətli dərəcədə azalıb, sosial xidmətlərə əlçatanlıq artıb. İkincisi, şəffaflıq və hesabatlılıq səviyyəsi yüksəlib. Bu baxımdan rəqəmsallaşma yalnız xidmət göstərilməsi vasitəsi deyil, həm də fiskal intizamın və institusional etibarlılığın gücləndirilməsi alətidir. Üçüncüsü, sosial ödənişlərin ünvanlılığı əhəmiyyətli dərəcədə yaxşılaşıb. İnformasiya sistemlərinin inteqrasiyası nəticəsində vətəndaşların gəlirləri, məşğulluq vəziyyəti, sosial status və digər göstəriciləri daha dəqiq qiymətləndirilir. Nəticədə, sosial dəstəyin həqiqətən ehtiyacı olan şəxslərə yönəldilməsi imkanları genişlənir. Bu isə həm sosial ədaləti gücləndirir, həm də dövlət resurslarının səmərəliliyini artırır.
Əslində, rəqəmsallaşma sosial siyasətin mahiyyətini dəyişir. Ənənəvi modeldə dövlət vətəndaşın müraciətinə cavab verən institut kimi çıxış edirdisə, rəqəmsal modeldə dövlət vətəndaşın ehtiyaclarını əvvəlcədən müəyyən edən, sosial hüquqları avtomatik təmin edən və xidmətləri proaktiv şəkildə təqdim edən institut kimi formalaşır.
Beləliklə, Azərbaycanda formalaşan rəqəmsal sosial dövlət modeli yalnız sosial müdafiə sisteminin texnoloji modernləşdirilməsi deyil, idarəetmə fəlsəfəsinin yenilənməsi deməkdir.
Sosial siyasət və demoqrafik dayanıqlıq: çağırışlara hazırlıq
Sosial müdafiə sistemlərinin uzunmüddətli dayanıqlığını müəyyən edən əsas amillərdən biri demoqrafik proseslərdir. Həyata keçirilən sosial islahatlar yalnız mövcud sosial öhdəliklərin yerinə yetirilməsinə deyil, həm də gələcək onilliklərdə pensiya və sosial müdafiə sisteminin maliyyə dayanıqlığının təmin edilməsinə xidmət edir. Müasir sosial siyasət yalnız bugünkü sosial ödənişlərin artırılması ilə məhdudlaşmır. Əsas vəzifə sosial müdafiə sisteminin dayanıqlığını qorumaqdır. Bu baxımdan son illərdə həyata keçirilən islahatlar, eyni zamanda, uzunmüddətli maliyyə dayanıqlığı məqsədi daşıyır.
Pensiya sisteminin dayanıqlığının gücləndirilməsi, ilk növbədə, məşğulluğun genişləndirilməsi ilə bağlıdır. Son illərdə iqtisadiyyatın qeyri-neft sektorunda yaradılan yeni iş yerləri, əmək bazarında fəallığın yüksəlməsi və məşğulluq proqramlarının genişləndirilməsi sosial sığorta sisteminin maliyyə bazasını böyüdür. Çünki pensiya sisteminin əsas maliyyə mənbəyi işləyən şəxslər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarıdır. İşləyən əhalinin sayının artması gələcək pensiya öhdəliklərinin maliyyələşdirilməsi imkanlarını da genişləndirir.
Bu prosesdə əmək münasibətlərinin leqallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Uzun illər bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyri-rəsmi məşğulluq sosial müdafiə sisteminin qarşısında duran əsas problemlərdən biri olub. Rəsmi əmək müqaviləsi olmadan çalışan şəxslər sosial sığorta sisteminə töhfə vermədikləri üçün gələcəkdə həm öz pensiya hüquqlarını zəifləşdirir, həm də sistemin ümumi maliyyə dayanıqlığına mənfi təsir göstərirlər. Son illərdə əmək müqavilələrinin sayının əhəmiyyətli dərəcədə artması, qeyri-rəsmi məşğulluğun azaldılması və əmək bazarının leqallaşdırılması istiqamətində görülən tədbirlər pensiya sisteminin maliyyə əsaslarını gücləndirib. Sosial sığorta daxilolmalarının artması da bu baxımdan mühüm göstəricidir. Əməkhaqlarının yüksəlməsi, məşğulluğun genişlənməsi və əmək münasibətlərinin şəffaflaşması nəticəsində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artır və pensiya sisteminin büdcədən asılılıq səviyyəsi azalır. Beynəlxalq təcrübə göstərir ki, uzunmüddətli dövrdə ən dayanıqlı sosial müdafiə sistemləri məhz geniş sosial sığorta bazasına malik olan sistemlərdir.
Elektron uçot və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi isə pensiya sisteminin idarəetmə keyfiyyətini yeni mərhələyə yüksəldir. Fərdi uçot sistemləri, elektron əmək münasibətləri platformaları və sosial sığorta məlumat bazalarının inteqrasiyası nəticəsində hər bir vətəndaşın əmək fəaliyyəti, sığorta stajı və pensiya hüquqları daha dəqiq uçota alınır. Bu isə həm şəffaflığı artırır, həm də gələcək pensiya öhdəliklərinin daha dəqiq proqnozlaşdırılmasına imkan verir. Pensiya sistemində həyata keçirilən islahatların digər mühüm xüsusiyyəti sosial ədalət və maliyyə dayanıqlığı arasında tarazlığın qorunmasıdır. Bir tərəfdən, pensiyaların mütəmadi indeksləşdirilməsi və minimum pensiya məbləğinin artırılması vətəndaşların sosial müdafiəsini gücləndirir, digər tərəfdən isə, sosial sığorta daxilolmalarının genişləndirilməsi və idarəetmənin təkmilləşdirilməsi sistemin maliyyə sabitliyini qoruyur. Məhz bu balans müasir sosial dövlət modelinin əsas xüsusiyyətlərindən biri hesab olunur.
Beləliklə, Azərbaycanda sosial siyasət yalnız bugünkü vətəndaşın rifahının artırılmasına deyil, həm də gələcək nəsillər üçün maliyyə cəhətdən dayanıqlı və etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına xidmət edir. Bu isə sosial dövlətin ən mühüm göstəricilərindən biri olmaqla yanaşı, ölkənin uzunmüddətli iqtisadi və sosial təhlükəsizliyinin əsas təminatlarından biridir.
Son illərin statistikası və institusional dəyişiklikləri göstərir ki, Azərbaycanda sosial ödənişlərin
Azərbaycanın sosial dövlət modelinin mahiyyəti, məqsədi və konseptual əsasları

Son illərin statistikası və institusional dəyişiklikləri göstərir ki, Azərbaycanda sosial ödənişlərin artırılması, sadəcə, pensiya və müavinət artımı deyil. Bu proses daha geniş strateji məqsədə xidmət edir: iqtisadi artımın nəticələrinin insan kapitalına çevrilməsi. Məhz buna görə sosial xərclər sosial sabitliyə, insan kapitalına, daxili tələbin genişlənməsinə və uzunmüddətli iqtisadi dayanıqlığa yönəldilən investisiyalardır.
Azad Tağızadə,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli
Observatoriyanın İdarə Heyəti sədrinin müşaviri