Ötən il Azərbaycanda 13 805 əcnəbi və vətəndaşlığı olmayan şəxs tələbə adını qazanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ötən il Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 13 805 nəfər təşkil edib.

XQ xəbər verir ki, bu məlumat Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan “Abituriyent” jurnalının 12-ci nömrəsində yer alan 2025/2026-cı tədris ili üzrə qəbul və buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik hesabatda əks olunub.

Hesabata əsasən, tələbə adını qazananların 12 535 nəfəri bakalavriat, 1 105 nəfəri magistratura səviyyəsində təhsil almaq hüququ əldə edib. Bundan başqa, 88 nəfər tam orta təhsil bazasında, 77 nəfər isə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Təhsil