İsrail və Hizbullah arasında atəşkəs qüvvəyə minib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

İsrail və Hizbullah arasında atəşkəs razılaşması əldə olunub.

Məlumata görə, tərəflər arasında əldə edilən razılaşma nəticəsində atəşkəs yerli vaxtla cümə günü saat 16:00-dan etibarən qüvvəyə minib.

Bildirilir ki, razılaşmanın əldə olunmasında ABŞ və Qətərdən olan vasitəçilər mühüm rol oynayıb. Mənbələrin məlumatına əsasən, danışıqlar prosesi İranın dəstəyi ilə həyata keçirilib və tərəflər atəşkəs şərtləri üzərində ortaq mövqeyə gəliblər.

Qeyd edək ki, atəşkəs bölgədə gərginliyin azaldılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

Dünya