Çində ağcaqanad formasında kəşfiyyat mikro-dronu təqdim edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çində kəşfiyyat mikro-dronlarının hazırlanması davam edir. China Army-nin məlumatına görə, Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Texnologiyaları Universitetində ağcaqanadı xatırladan, gizli kəşfiyyat və xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş biomimetik (təbiəti təqlid edən) mikro-aparat təqdim edilib.

Yeni cihazın çəkisi 0,3 qramdan azdır. Dron həşəratın uçuşunu imitasiya edir və saniyədə təxminən 500 qanad çırpışı həyata keçirir. Kiçik ölçüsünə baxmayaraq, cihazın üzərinə kəşfiyyat missiyaları üçün nəzərdə tutulan avadanlıq quraşdırmaq mümkündür ki, bu da onun yüksək gizlilik səviyyəsini və digər vasitələrin daxil ola bilmədiyi ərazilərə nüfuz etmə qabiliyyətini təmin edir.

Bununla yanaşı, mühəndislər hələ ki batareyaların məhdud resursu problemini həll edə bilməyiblər — “ağcaqanad-dron” havada çox qısa müddət qala bilir. Bundan əlavə, son dərəcə yüngül olduğu üçün güclü külək onu asanlıqla istiqamətindən yayındıra və ya uçuşunu poza bilər.

Hazırladı:
S.Rzayeva
XQ

Maraqlı