Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit Komitəsinin Kanadada keçirilən iclasında erməni parlamentinin Assambleyadakı nümayəndə heyətinin üzvü Mariya Karapetyan bildirib. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
O, xüsusilə deyib: “Mən Cənubi Qafqazdakı vəziyyətə toxunmaq istərdim. Ermənistan və Azərbaycan sülh danışıqları aparır. Bu sülh danışıqlarında Ermənistanın qarşıya qoyduğu məqsəd sülh müqaviləsinin imzalanmasıdır ki, bu müqaviləyə əsasən Ermənistan və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyır. Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
"Cənubi Qafqaz xalqlarının son onilliklərdə keçdiyi bütün çətinliklərdən sonra Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar olması üçün tarixi imkan yaranıb", - deyə Karapetyan bildirib.
"Xalq qəzeti"