Polis əməkdaşlarının iyunun 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Məlumatı DİN mətbuat xidməti verib.
Həmin gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
P.ƏMİRCANOV
XQ