“Sosial iş və sosial tədqiqat”

post-img

Bakıda Azərbaycan Universitetinin təşkilatçılığı ilə II beynəlxalq konfrans işə başlayıb.

Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Rəcəb Tayyib Ərdoğan Universitetinin tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunan məclisdə sosial iş təhsili və sosial siyasət sahəsindəki aktual məsələlər müzakirə edilib, bu sahədə təcrübə mübadiləsi aparılıb.

Məclisin açılışında Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət bildirib ki, Azərbaycan Universitetində 2009-cu ildən başlayaraq, sosial iş sahəsində mütəxəssis hazırlığı həyata keçirilir. Universitetdə kadr hazırlığı ilə bərabər, bu sahənin müxtəlif məsələləri elmi cəhətdən araşdırılır. 2023-cü ildə ilk belə konfrans keçirilib və qəbul edilən qərarların icrası təmin edilib. Səadət Əliyeva bu konfransın da işinin səmərəli olacağına, 2 günlük müzakirələrin elm və təhsil sahəsinin inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini də ifadə edib.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleyman, Keyfiyyət Təminatı Agentliyinin sədri Tural Əhmədov, Ədliyyə Nazirliyinin xidmət rəisi Vüqar Ağayev, Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Kojukaru müzakirə edilən mövzuaların aktuallığını və önəmini vurğulayatraq mülahizələrini söyləyiblər.

Konfrans işini Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımovun rəhbərliyi ilə plenar iclasda davam etdirib. Birləşmiş Krallığın Nottingham Universitetinin professoru Yasuhiro Kotera və Rumıniyanın Alexandru Yoan Kuza Universitetinin professoru Stefan Cojocarunun məruzələri dinlənilib.

Bu gün konfrans işini davam etdirəcək.

XQ



Sosial həyat