Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası

post-img

27 sentyabr-Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, tədbirdə qurumların rəsmiləri və əməkdaşları, QHT nümayəndələri, eləcə də ekokönüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə Eldar şamı və zeytun ağacları əkilib.

Ü.Qarayev

XQ









Sosial həyat