Pentaqon daha iki yüksək rütbəli generalı vəzifədən uzaqlaşdırıb.
“The Washington Post” qəzeti öz mənbələrinə istinadən bildirib ki, Pentaqon daha iki yüksək rütbəli ABŞ generalını vəzifədən azad edib.
Nəşrin məlumatına görə, söhbət 2025-ci ilin oktyabr ayından bəri ordunun Təlim və Transformasiya Komandanlığına rəhbərlik edən general Devid Hodne və ordunun baş keşişi vəzifəsində çalışan general-mayor Uilyam Qrindən gedir.
Daha əvvəl Pentaqon rəhbəri Pit Heqsetin ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcu dərhal istefa verməyə çağırdığı bildirilmişdi. Qısa müddət sonra ABŞ ordusu Corcun istefasını təsdiqlədi.
P.Əmircanov
XQ

