Çinin Ticarət Nazirliyi ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi ticarət tariflərini kəskin şəkildə pisləyib. Bu barədə aprelin 21-də departamentin nümayəndəsi “Sinxua” agentliyinə məlumat verib. Xəbəri “İzvestiya.ru” verib.
“Çin hesab edir ki, bütün tərəflər ədalətin və hüququn, tarixi ədalətin tərəfini tutmalı və “qarşılıqlı tariflər” məsələsində beynəlxalq iqtisadi və ticarət qaydalarını, çoxtərəfli ticarət sistemini müdafiə etməlidir”, - agentliyin mənbəsi bildirib.
O əlavə edib ki, tərəflərdən hər hansı biri ÇXR-in maraqlarına zərər vuran sövdələşməni qəbul edərsə, Çin hakimiyyəti cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Dövlətin öz milli maraqlarını qorumaq əzmi də qeyd olunur.
P.ƏMİRCANOV
XQ