Ayı hücumları fonunda Yaponiya sərt addım atır

post-img

Yaponiyada ayıların insanlara hücumlarının artması fonunda hökumət onların sayının azaldılması ilə bağlı genişmiqyaslı plan təsdiqləyib. Bu barədə “Okinawa Times” nəşri məlumat yayıb.

Plana əsasən, 2030-cu ilə qədər ayıların sayını azaltmaq üçün regionlar üzrə konkret ov və tutulma hədəfləri müəyyən edilib. Tohoku bölgəsində 3 800, Tyubu bölgəsində 3 500, Kinki və Tyuqoku bölgələrində 900, Kanto bölgəsində isə 600 ayının tutulması planlaşdırılır. Hokkaydo üçün isə 2025–2034-cü illər arasında 12 540 ayının tutulması hədəfi yerli hakimiyyət tərəfindən ayrıca müəyyən edilib.

Mövcud templər qorunarsa, 2030-cu ilə qədər insanlara hücumların daha çox qeydə alındığı Tohoku, Kanto, Tyubu və Hokkaydo bölgələrində ayıların sayı hazırkı səviyyənin təxminən 65 faizinə qədər azalacaq. Kinki və Tyuqoku bölgələrində isə məqsəd populyasiyanın artımının qarşısını almaqdır.

Plan çərçivəsində ayıların tutulması ilə məşğul olan yerli əməkdaşların sayının üç dəfə artırılaraq 2 500 nəfərə çatdırılması nəzərdə tutulur. Bundan əlavə, tədbirlərdə 10 min tələ-qəfəs və 20 min ədəd qorxuducu sprey balonundan istifadə olunacaq.

S.ELAY

XQ

Dünya