Pakistanda partlayış nəticəsində ölənlərin sayı 38-ə çatıb

post-img

Pakistanın paytaxtı İslamabadda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 38-ə çatıb. Bu barədə “Davn” qəzeti Pakistan Tibb Elmləri İnstitutuna (PIMS) istinadən məlumat yayıb.

“Anadolu”nun məlumatına görə, yaralıların çoxunun vəziyyətinin ağır olduğu bildirilir. Hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyindən ehtiyat edir.

Fevralın 6-da cümə namazından sonra Pakistanın paytaxtı İslamabadda şiə məscidində partlayış baş verib. Son məlumatlara görə, 38 nəfər ölüb, 160-dan çox insan yaralanıb.

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar partlayışın intiharçı hücumu olduğunu bildirib və onlarla insanın ölümünə səbəb olan hücumu pisləyib.

Pakistan Daxili İşlər Nazirliyinin məlumatına görə, Xayber Paxtunxva əyalətinin Peşəvər və Nouşer şəhərlərində keçirilən əməliyyatlar zamanı dörd şübhəli saxlanılıb. 

Departament terror aktının İŞİD terror təşkilatının Əfqanıstandakı bir qolu tərəfindən təşkil edildiyini bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya