“Səbail” Peşəkar Futbol Klubu Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümün başlanması ilə yeni layihəyə start verir. "Xalq qəzeti" klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, cari mövsümdə klubumuzun keçirəcəyi hər ev oyunu ölkəmizin tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr olunacaq. Layihənin məqsədi futbolun cəmiyyətdə təkcə bir idman növü kimi assosiasiya olunmaması, həyatın müxtəlif sferalarına inteqrasiyası, tarix, mədəniyyət, incəsənət və digər sahələrin futbol vasitəsilə fərqli prizmadan gündəmə gətirilməsidir.
Beləliklə, Premyer Liqanın 1-ci turu çərçivəsində avqustun 5-də, saat 18:30-da, “ASCO Arena”da keçiriləcək “Səbail” - “Sumqayıt” oyunu Azərbaycan Kinosu Gününə həsr olunacaq!
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. 1898-ci ilin bu günü Bakıda çəkilən ilk kino-süjetlərin kütləvi nümayişi təşkil olunub. Həmin dövrdə “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və başqa sənədli filmlər tamaşaçılara təqdim edilib. Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
Elçin ABBASOV,
"Xalq qəzeti"
"Səbail" klubu yeni layihəyə start verir
- İdman
- 12:02 02.08.2023
- Oxunma sayı: 1179
Açar sözlər:
Paylaş:
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12:04 02.08.2023İdman
Taekvandoçularımız Belçikada beynəlxalq turnirdə iştirak edib
20:41 23.03.2026AMADA-nın Beynəlxalq Cüdo Federasiyası ilə əməkdaşlıq müzakirələri
14:36 23.03.2026Güləş millilərimizin təlim-məşq toplanışları
13:50 23.03.2026Boksçularımız Macarıstanda 4 medal qazanıb
11:54 23.03.2026U21 millimiz də beynəlxalq turnirin qalibi olub
21:48 22.03.2026Tbilisi Böyük Dəbilqəsində gümüş medal
21:36 20.03.2026İran Sərdar Azmunu millidən kənarlaşdırıb
13:47 20.03.2026-
- 21:03 25.03.2026
-
- 18:37 25.03.2026
-
- 14:38 25.03.2026
-
- 14:26 25.03.2026
-
- 13:01 25.03.2026
-
- 12:31 25.03.2026
-
- 12:04 25.03.2026
-
- 11:18 25.03.2026
-
- 11:16 25.03.2026
-
- 10:59 25.03.2026
-
- 10:55 25.03.2026
-
- 10:52 25.03.2026
-
- 10:49 25.03.2026
-
- 10:48 25.03.2026
-
- 09:34 25.03.2026
-
- 23:55 24.03.2026
-
- 21:52 24.03.2026
-
- 18:53 24.03.2026
-
- 15:13 24.03.2026
-
- 13:13 24.03.2026
-
- 12:33 24.03.2026
-
- 10:55 24.03.2026
-
- 09:58 24.03.2026
-
- 09:56 24.03.2026
-
- 09:15 24.03.2026
-
- 09:04 24.03.2026
-
- 23:12 23.03.2026
-
- 21:41 23.03.2026
-
- 21:34 23.03.2026
-
- 20:41 23.03.2026
-
- 19:44 23.03.2026
-
- 17:34 23.03.2026
-
- 17:30 23.03.2026
-
- 17:25 23.03.2026
-
- 17:06 23.03.2026
-
- 16:56 23.03.2026
-
- 16:43 23.03.2026
-
- 16:26 23.03.2026
-
- 16:24 23.03.2026
-
- 14:36 23.03.2026

