Avropa birinciliyində üçüncü olduq

post-img

Azərbaycanın ağırlıqqaldırma üzrə komandası İspaniyanın paytaxtı Madriddə keçirilmiş U-15 Avropa birinciliyində üçüncü yeri tutub. Bu barədə mətbuata Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qitəmiqyaslı yarışda Musab Məmmədtağıyev, Lətif Əliyev və Muhəmmədəli Məmmədzadənin qazandığı 3 qızıl və 4 gümüş medal sayəsində Azərbaycan komandası İspaniya, Polşa, Bolqarıstan kimi kollektivləri qabaqlayıb.

M.HACIXANLI
XQ

 

İdman