Ukrayna ilə oyunun biletləri satışda

post-img

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan–Ukrayna oyununun biletləri satışa çıxarılıb.

Biletləri iTicket.az-ın satış məntəqələrindən əldə etmək olar. DÇ-2026-nın seçmə mərhələsində sentyabrın 9-da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Xatırladaq ki, millimiz seçmə mərhələnin ilk matçını sentyabrın 5-də səfərdə– Reykyavikdə İslandiya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtilə 22:45-də start götürəcək.

Qabil YUSİFOĞLU
XQ

İdman