Kokand Universitetində azərbaycanlı alimə təşəkkürnamə təqdim olunub

post-img

Özbəkistanın Kokand Universitetində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli bir həftəlik akademik səfər çərçivəsində tələbələr üçün fəlsəfə, xüsusilə Türk xalqlarının fəlsəfi düşüncə tarixinə həsr olunmuş silsilə mühazirələr oxumuş, elmi-praktik tədbirlərdə çıxışlar etmişdir.

Universitetin İctimai fənlər kafedrasının təşəbbüsü ilə keçirilən və Türk dünyasının böyük simaları – Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babura həsr olunmuş “Nəvai və Babur: tarix–təbiət–təfəkkür uyğunluğu” adlı elmi tədbirdə Faiq Ələkbərli “Əlişir Nəvainin ictimai-fəlsəfi baxışları” mövzusunda əsas məruzə ilə çıxış etmişdir.

MüzakirələrdəKokand Universitetinin kafedra müdiri Səlahəddin Yoldaşev, professor Nadircan Xanmirzayev, dosentlər Rövşəncan Abdullayev və Nərgizə Şərifova da məruzələrlə iştirak ediblər.

Tədbirin sonunda Səlahəddin Yoldaşev universitet rəhbərliyi adından, bir həftə ərzində apardığı dərslər və fəal elmi çıxışlarına görə Faiq Ələkbərliyə təşəkkürnamə təqdim etmişdir.

XQ



Mədəniyyət