Dünən Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışlarına start verilib.
İlk gündə Azərbaycanın qadınlardan ibarət komandası yarımfinalda Özbəkistanı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
Kişilər arasında stolüstü tennis üzrə komanda yarışlarında da finalçılar müəyyənləşib. Yarımfinalda milli komandamız Özbəkistana 2:0 hesabı ilə qalib gəlib. Rusiyalılar isə Qazaxıstanı üstələyib.
Hər iki komandamız bu gün finalda Rusiya millisi ilə üz-üzə gələcək.
Qabil YUSİFOĞLU
XQ